“Bu, istədiyimiz oyundur” – Jelko Sopiç

“Bu, istədiyimiz oyundur” – Jelko Sopiç
07:47 16 Yanvar 2020
83 İdman
Ölkə mətbuatı
A- A+

"Bu gün sərgilədiyimiz oyundan məmnun qaldım".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu Bakının "Sabah" klubunun baş məşqçisi Jelko Sopiç deyib.

Xorvatiyalı mütəxəssis Türkiyə toplanışı çərçivəsində keçirilən ikinci yoxlama oyununu dəyərləndirib. O, "Akademika Klinçeni" (Rumıniya) ilə 0:0 hesablı heç-heçədən razı qalıb: "Komandam yaxşı təsir bağışladı. Rəqibə fərqlənmək üçün çox şans vermədik. Bu, bizim istədiyimiz oyundur. Ümid edirəm ki, hər həftə öz oyunumuzu bir az daha inkişaf etdirəcəyik. Düşünürəm ki, biz doğru yoldayıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/818268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR