Türkiyədən dünyanı heyrətə salacaq MÖHTƏŞƏM SERİAL - VİDEO

Türkiyədən dünyanı heyrətə salacaq MÖHTƏŞƏM SERİAL - VİDEO
09:58 16 Yanvar 2020
124 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyə “Netflix” platforması üçün Osmanlı tarixindən bəhs edən “Rise of Empires: Ottoman” ("İmperiyaların çiçəklənməsi: Osmanlı imperiyası”) sənədli serial istehsal edib.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Fatih Sultan Mehmetin həyatı və İstanbulun fəthi haqqında çəkilən sənədli serialda əsas rolları Tuba Büyüküstün, Cem Yigit Üzümoğlu, Selim Bayraktar, Birkan Sokullu və başqa aktyorlar ifa edib. Yeri gəlmişkən, “Game of the Thrones” serialından tanınan Çarlz Dens də ekran işinin bir seriyasında rol alıb.

“Netflix”də nümayiş olunacaq internet serialının yayım tarixi bəlli olub. Serial yanvarın 24-də nümayişə daxil olacaq.

Qeyd edək ki, 6 bölümlük sənədli serialı hazırlayan 2 şirkətdən biri, rejissor və aktyorların böyük əksəriyyəti türk olsa da, adıçəkilən layihə “Netflix” də Amerika serialı kimi təqdim olunub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/302052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR