Qranta qarant kimi baxan radikallar, yaxud Əli Kərimlinin sönən tüstüsü

Qranta qarant kimi baxan radikallar, yaxud Əli Kərimlinin sönən tüstüsü
10:01 16 Yanvar 2020
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Alpər M. - Trend:

Deyilənə görə, radikal müxalifət düşərgəsinin gözlərinə qan, qan yox e, işıq gəlib. Azərbaycanın bu üzqaraldan düşərgəsinin qanunsuz yolla, yəni çirkli pullarla maliyyələşdirliməsinə bu il nə az, nə çox - düz 644 min avro ayrılıb. Bu, hələ ilkin və bəlli olan məlumatdır. Radikalların “lideri” Əli Kərimlinin gözü parlamasın, neyləsin?!

Sual olunur, axı Azərbaycanın "Siyasi partiyalar haqqında" qanununa görə, ölkədə fəaliyyət göstərən siyasi partiyaların xaricdən maliyyələşməsi qəti şəkildə qadağandır. Bəs, bu pullar hansı yollarla radikalistlərin sərəncamına verilir?

Bəli, Əli Kərimli və radikal ətrafı əvvəllər bir neçə qeyri-hökumət təşkilatının (QHT) əli ilə bu qrantları yuyurdu. Amma bu düşərgəni təmsil edən partiyaların QHT-lər vasitəsilə xaricdən maliyyələşməsi də "Siyasi partiyalar haqqında qanun"a ziddir. Hətta bu qrantlar dövlətçiliyə qarşı yönəlirsə, cinayət məsuliyyəti yaradır.

Ona görə radikal düşərgənin əli yerdən-göydən tam üzülmüşdü. Yeni yollar axtarıb tapmalı idilər. Təbii ki, qranta qarant kimi baxan, onun dadını bilən, onu özünün həyat mənbəyi sanan üçün birdən-birə bu axının dayanması qəbuledilməzdir. Və budur, yolunu tapdılar. Artıq tədbirlər, konfranslar, yol xərcləri, qonorarlar və digər vasitələrlə bu pulları almağa başlayıblar...

Xarici havadarlarından pul almağın müxtəlif yollarına əl atmağı bacarsalar da, məqsəd, öhdəlik və düşüncələri birdir – Vətənə xəyanət, xaos, başlı-başınalıq və qeyri-sabitlik. 21-ci əsrin 20-ci ilində bu radikallar hələ də öz səadətlərini qanunsuz mitinqlərdə, icazəsiz piketlərdə, əsassız qarşıdurmalarda görürlər. Düzdür, bunlar lokal və kosmetik xarakter daşıyır, amma hər halda gündəlik dolanışıq üçün yetərlidir. Xüsusilə, seçkilər kimi siyasi proses ərəfəsində zəhərli tüstülərini bir az da artırmağa çalışırlar. Daha bilmirlər ki, tüstü nə qədər tünd olarsa, ətrafına zərər verər, orqanizmi zəhərləyər.

Amma nə yaxşı ki, Azərbaycan xalqı bu tüstünün qoxusuna bələddir. Elə ki, bir balaca onun əlamətlərini, rəngini gördü, iyini hiss etdi, dərhal oradan uzaqlaşır və ya öz külü ilə onu söndürür. Çünki xalq ölkə müstəqilliyinin ilk illərində bu tüstünün cəmiyyət üçün hansı fəsadlar törətdiyini çılpaqlığı ilə görüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3177361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR