Əli Əhmədov: Azərbaycanın inkişafının BMT inkişaf strategiyası ilə uyğunlaşdırması dövlətimizin əsas hədəflərindəndir

Əli Əhmədov: Azərbaycanın inkişafının BMT inkişaf strategiyası ilə uyğunlaşdırması dövlətimizin əsas hədəflərindəndir
10:08 16 Yanvar 2020
49 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın inkişaf strategiyasının BMT-nin inkişaf strategiyası ilə uyğunlaşdırması dövlətimizin əsas hədəflərindəndir.

Trend-in məlumatına görə, bunu BMT ilə Azərbaycan arasında tərəfdaşlığın növbəti beşilliyi üçün prioritet sahələrinin müəyyənləşdirilməsi məqsədilə keçirilən konfransda Baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanla BMT arasında əməkdaşlıq hər zaman hökumət tərəfindən yüksək qiymətləndirib. Bu əməkdaşlıq Azərbaycana indiyədək böyük faydalar verib: "Güman edirəm ki, bu əməkdaşlıq bundan sonra da davam edəcək. Azərbaycanın BMT ilə əlaqələri müxtəlif sahələri əhatə edir".

Baş nazirin müavini əlavə edib ki, Azərbaycan son 30 ildə yaranan ən uğurlu ölkələrdən biridir. Azərbaycan iqtisadiyyatı inkişaf edib, əhalinin həyat şəraiti ciddi şəkildə yaxşılaşıb: "Azərbaycan azsaylı ölkələrdən biridir ki, özünün iki milli hesabatını verib. Bu, onu göstərir ki, Azərbaycan BMT-nin 2030-cu ilədək olan qlobal hədəflərinə nail olmaq üçün səylərini göstərir. Azərbaycan 2030-cu il layihəsi üzrə əsas hədəflərini müəyyən edib. Əsas hədəf odur ki, Azərbaycanın milli inkişaf proqramı BMT-nin müəyyən etdiyi strategiyaya uyğun gəlsin".

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan inkişaf edən ölkədir və bununla əlaqədar qarşısında bir sıra vəzifələr dayanır .

Onun sözlərinə görə, Azərbaycanın inkişafının əsas xüsusiyyəti odur ki, inkişaf bütün sahələrdə müşahidə olunur.

Ə.Əhmədov bildirib ki, son 30 ildə Azərbaycan əhalisi 3 milyon nəfər artıb. Hər il əmək bazarına 100 min nəfər daxil olur.

Baş nazirin müavininin sözlərinə əsasən, qarşımızda duran əsas vəzifələrdən biri sosial sferanın inkişaf etdirilməsidir. Son illər ərzində Azərbaycanda bir çox sosial layihələr həyata keçirilib və bu, bundan sonra da davam edəcək".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/commentary/3177924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR