Bakıda ötən il mağazadan oğurluq edən şəxs saxlanılıb

Bakıda ötən il mağazadan oğurluq edən şəxs saxlanılıb
10:37 16 Yanvar 2020
24 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda ötən il mağazadan oğurluq edən şəxs saxlanılıb.
“Report”un xəbərinə görə, hadisə 2019-cu il dekabrın 25-də saat 18 radələrində, paytaxtın Neftçilər prospektində qeydə alınıb.
Belə ki, naməlum şəxs Bakı şəhər sakini A.Həbibova məxsus mağazasından 300 manat dəyərində müxtəlif geyim əşyaları oğurlayıb.
Daha sonra A.Həbibov hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bilasuvar rayon sakini, 1983-cü il təvəllüdlü Tural Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-oten-il-magazadan-ogurluq-eden-sexs-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR