Mikayıl Cabbarov: “Mövcud strateji sənədlər Dayanıqlı İnkişaf Məqsədlərinə 70% uyğundur"

Mikayıl Cabbarov: “Mövcud strateji sənədlər Dayanıqlı İnkişaf Məqsədlərinə 70% uyğundur"
10:42 16 Yanvar 2020
70 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycanda yoxsulluğun səviyyəsi 2001-ci ildən 49% olsa da, hazırda 4,9%-ə düşüb”.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Strateji Prioritetləşdirmə Seminarında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“2016-cı ildə Prezident İlham Əliyevin imzaladığı fərmanla yaradılmış Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası Azərbaycan üçün prioritet hesab edilən 17 məqsəd, 88 hədəf göstərici seçib. Bu hədəflər üzrə hazırlanan dövlət proqramları milli fəaliyyət proqramlarına inteqrasiya edilib. DİM-lərin milli prioritetlərə uyğunluğunu müəyyən etmək üçün sürətli kompleks qiymətləndirmə aparılıb və qiymətləndirmənin nəticəsinə görə, mövcud strateji sənədlərin DİM-lərə uyğunluğu 70% müəyyən edilib", - deyə o, qeyd edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/movcud-strateji-senedler-dayaniqli-i-nkisaf-meqsedlerine-70-uygundur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR