Gürcüstanda rəyi soruşulanların böyük əksəriyyəti hökumətin fəaliyyətindən narazıdır

Gürcüstanda rəyi soruşulanların böyük əksəriyyəti hökumətin fəaliyyətindən narazıdır
10:47 16 Yanvar 2020
47 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda rəyi soruşulanların 64%-i hökumətin fəaliyyətini mənfi qiymətləndirib.
“Report”un yerli bürosu xəbər verir ki, bu, ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusu nəticəsində məlum olub.
Respondentlərin 30%-i isə hökumətin fəaliyyətini yaxşı qiymətləndirib.
Sorğuda iştirak edənlərin 53%-i Gürcüstanda demokratiyanın olmadığını bildirib. Onların 33%-i isə demokratiyanın olduğunu söyləyib.
Qeyd edək ki, NDI sorğunu işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə bu il noyabrın 19-dan dekabrın 13-dək 2 180 respondent arasında keçirib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-reyi-sorusulanlarin-boyuk-ekseriyyeti-hokumetin-fealiyyet

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR