MŞ sədri: “Medianın seçkilərə marağı kifayət qədər böyükdür”

MŞ sədri: “Medianın seçkilərə marağı kifayət qədər böyükdür”
10:57 16 Yanvar 2020
41 Digər
Ölkə mətbuatı
A- A+

“Medianın seçkilərə marağı kifayət qədər böyükdür”.
“Report” xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
O bildirib ki, MŞ əvvəlki illərdə seçkilərlə bağlı monitorinq aparılıb:
“Bəzən neqativ və xoşagəlməz hallar da müşahidə olunub. Seçkilərlə bağlı KİV təmsilçiləri üçün müəyyən treninqlər də keçirilib”.
MŞ sədri qeyd edib ki, parlament seçkiləri ilə əlaqədar KİV-də monitorinqlər aparacaq:
“Eyni zamanda seçki günü bir neçə istiqamətdə fəaliyyət göstərəcək. Həmin gün "qaynar xətt" fəaliyyət göstərəcək. Jurnalistlər həmin "qaynar xətt" vasitəsilə üzləşdiyi problemləri Şuraya bildirəcəklər”.

Xəbərin orijinal ünvanı: https://report.az/media/ms-sedri-medianin-seckilere-maragi-kifayet-qeder-boyukdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR