Qulam İsaqzai: "Azərbaycan ətraf mühitə çox təsir edən ölkə deyil"

Qulam İsaqzai: "Azərbaycan ətraf mühitə çox təsir edən ölkə deyil"
12:47 16 Yanvar 2020
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan ətraf mühitə çox təsir edən ölkə deyil, amma istərdik ki, ölkəmiz iqlim dəyişikliyinə görə daha güclü sistem qura bilsin.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, BMT ilə Azərbaycan arasında tərəfdaşlığın növbəti beşilliyi üçün prioritet sahələrin müəyyənləşdirilməsi məqsədilə konfransda BMT-nin Rezident Əlaqələndiricisi Qulam İsaqzai deyib.

Hökumət qurumlarının bacarıqlarının artırılmasını vacib sayan Q.İsaqzai qeyd edib ki, Azərbaycan dayanıqlı inkişaf məqsədlərinə nail olmağı əsas hədəf kimi qarşısına qoyub.

BMT rəsmisi Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq şəraitində çalışdığını bildirib: "Azərbaycan bu məqsədləri icra etmək istəyirsə, 2030-cu ilə olan gündəliyə öz təkliflərini verməlidir. Bu tarixdə görülməmiş gündəlikdir. İqlim dəyişikliyi, bərabərliyin təmin edilməsi, yoxsulluğun aradan qaldırılması məsələsini BMT özü tam mənada icra edə bilməz".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/818336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR