Belçikada ilin ən yaxşıları müəyyənləşib

Belçikada ilin ən yaxşıları müəyyənləşib
12:47 16 Yanvar 2020
60 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Belçika çempionatında geridə qalan 2019-cu ilin "ən yaxşılar"ı müəyyənləşib.
"Report"un məlumatına görə, qaliblər əsasən ölkənin "Brügge" klubunun üzvləri olub.
İlin ən yaxşı oyunçusu "Brügge"nin futbolçusu Hans Vanaken seçilib. O, ötən ildə keçirdiyi 33 görüşdə 13 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Klubun qolkiperi Simon Minyole isə ilin ən yaxşı qapıçısı elan edilib. Belçikalı qolkiper keçirdiyi 30 oyunun 16-da qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, "Brügge"nin baş məşqçisi Filipp Klement isə Belçikada ilin ən yaxşı baş məşqçisi olub. Onun komandası hazırda davam edən çempionatda turnir cədvəlindəki ən yaxın izləyicisini 10 xal qabaqlayır.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/futbol-uzre-belcika-cempionatinda-geride-qalan-2019-cu-ilin-en-yaxsi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR