Mikayıl Cabbarov: Qeyri-neft sektorunda ixrac artıb

Mikayıl Cabbarov: Qeyri-neft sektorunda ixrac artıb
12:55 16 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bakı. Eldar Canaşvili - Trend:

Qeyri-neft sektorunda ixrac həcmi 1,9 milyard dollara çatıb.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ildə sosial-iqtisadi inkişaf yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir xatırladıb ki, 2019-cu ildə iqtisadi islahatların yeni dalğası başlayıb və bu özəl qeyri-neft sektorunun inkişafına və qeyri-neft ixracının artmasına yol açıb:

“Ümumi daxili məhsulun real artımı 2,2 faiz təşkil etməsi fonunda qeyri-neft sektorunda artım 3,5 faizə bərabər olub. Qeyri-neft sektorunda ən yüksək artım sənaye sahəsində qeydə alınıb. Bu göstərici 13,9 faiz təşkil edib”.

M.Cabbarov əlavə edib ki, qeyri-neft sektorunda əsas kapitala investisiyaların həcmi 3,5 faiz artıb, bunun ümumi investisiya portfelində payı 4,5 faiz artaraq 69,7 faiz təşkil edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/economy/3178053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR