Prezident onu yüksək vəzifəyə təyin etdi

Prezident onu yüksək vəzifəyə təyin etdi
12:58 16 Yanvar 2020
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə Şəhər İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

Səməd İsaq oğlu Tomuyev şəhər icra başçısının birinci müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Tomuyev bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin istehsal və xidmət sahələri sektor müdiri vəzifəsində çalışıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini isə bundan əvvəl Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 oktyabr 2019-cu il tarixli sərəncamı ilə Xaçmaz rayonunun icra başçısı təyin olunmuş Elnur Rzayev icra edib. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/resmixronika/302081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR