Məşhur müğənni türkiyəli ulduzlarla əməkdaşlığa başladı - FOTO

Məşhur müğənni türkiyəli ulduzlarla əməkdaşlığa başladı - FOTO
13:03 16 Yanvar 2020
104 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Lalə Məmmədova türkiyəli müğənni Zafer İşleyenle duet ifa edib.

Publika.az xəbər verir ki, bu barədə sənətçi instaqramda məlumat yayıb. Hazırda Türkiyədə olan müğənni bildirib ki, mahnısının sözləri və musiqisi türkiyəli həmkarına aiddir. Mahnıya klip çəkdirən Lalə Məmmədova ekran işinin Sevgililər gününə həsr olunduğunu bildirib:

“İnanıram ki, mahnı bütün sevənlərin qəlbinə yol tapacaq. Ürəyinə sağlıq. Duet ortağın kimi məni seçməyin ayrıca xoş oldu. Professional komandana təşəkkür edirəm, klipdə stilim üzərində Elnur Həsənov çalışıb. Dostluğumuza səbəbkar olan əzizimiz Qənirə Paşayevaya və Arzu xanıma xüsusi təşəkkürlər”.

Müğənninin dünən İstanbulda mərhum sənətçi Kayahanın musiqiçi xanımı İpək Açarla görüşmək imkanı olub. O, qeyd edib ki, görüşün məqsədi yeni əməkdaşlıqla bağlıdır:

“Azərbaycan-Türkiyə mədəniyyəti adına böyük ustad Kayahanın gördüyü işin davamını gətirmək istədik. Gözəlimiz İpək xanımı yenidən görmək xoş oldu. Ürəyimizdə nə qədər arzular var. Allah yol açsın ki, həyata keçirək”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/302075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR