Mikayıl Cabbarov: "Qeyri-neft sektorunda ixrac artıb"

Mikayıl Cabbarov: "Qeyri-neft sektorunda ixrac artıb"
13:05 16 Yanvar 2020
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Qeyri-neft sektorunda ixrac həcmi 1,9 milyard dollara çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ildə sosial-iqtisadi inkişaf yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir xatırladıb ki, 2019-cu ildə iqtisadi islahatların yeni dalğası başlayıb və bu özəl qeyri-neft sektorunun inkişafına və qeyri-neft ixracının artmasına yol açıb:

"Ümumi daxili məhsulun real artımı 2,2 faiz təşkil etməsi fonunda qeyri-neft sektorunda artım 3,5 faizə bərabər olub. Qeyri-neft sektorunda ən yüksək artım sənaye sahəsində qeydə alınıb. Bu göstərici 13,9 faiz təşkil edib".

M.Cabbarov əlavə edib ki, qeyri-neft sektorunda əsas kapitala investisiyaların həcmi 3,5 faiz artıb, bunun ümumi investisiya portfelində payı 4,5 faiz artaraq 69,7 faiz təşkil edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/818393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR