Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin strateji hədəflərindən danışdı

Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin strateji hədəflərindən danışdı
13:15 16 Yanvar 2020
48 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov nazirliyin strateji hədəflərindən danışıb.

Trend-in məlumatına görə, bu 2019-cu ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş mətbuat konfransında baş verib.

Nazir bildirib ki, İqtisadiyyat Nazirliyinin ortamüddətli perspektivdə strateji hədəfi dünyada orta iqtisadi artımdan geri qalmayan iqtisadi artımı təmin etmək, uzunmüddətli perspektivdə isə bu göstəricinin yüksəlməsidir.

M.Cabbarov bildirib ki, bunun üçün hökumət tərəfindən bir sıra məqsədlər müəyyən edilib:

“Bunlar qeyri-neft məhsul və xidmətlərin ixracının artırılması, sənayenin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəliliyinin artırılması, özəl investisiyaların üstün rolunun yüksəldilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın əsas qüvvəsinə çevrilməsi, eləcə də şəffaflğın artırılması və kölgə iqtisadiyyatının səviyyəsinin azaldılmasıdır”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3178076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR