İranda təyyarə qəzasında həlak olanların 166 nəfərinin kimliyi bəlli olub

İranda təyyarə qəzasında həlak olanların 166 nəfərinin kimliyi bəlli olub
13:27 16 Yanvar 2020
38 Dünya
Ölkə mətbuatı
A- A+

8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsində həlak olanlardan 166 nəfərinin kimliyi bəlli olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Tehran vilayəti Tibbi Ekspertiza İdarəsinin baş direktoru Mehdi Foruzeş Tasnim informasiya agentliyinə açıqlamasında deyib.

M.Foruzeşin sözlərinə görə, hələlik 10 nəfərin ailəsi tibbi ekspertizaya müraciət etmədiyi üçün onların kimliyi bəlli olmayıb. Onların 5-i iranlı, 5-i isə əcnəbi vətəndaşdır.

İdarə rəsmisi indiyədək 110 nəfərin, o cümlədən bir neçə Əfqanıstan vətəndaşının meyitinin ailələrinə təhvil verildiyini deyib.

Foruzeş deyib ki, ehtimal üzrə bu gün Ukrayna vətəndaşlarının meyitləri aidiyyəti üzrə təhvil veriləcək.

Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı 11 yanvar səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/818440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR