Daşqınlar İranın bu vilayətinə ciddi şəkildə ziyan vurub

Daşqınlar İranın bu vilayətinə ciddi şəkildə ziyan vurub
15:05 16 Yanvar 2020
87 Dünya
Ölkə mətbuatı
A- A+

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin infrastrukturlarına sel və daşqınlar nəticəsində təxminən 3 trilyon rial (təxminən 71,5 milyon dollar) ziyan dəyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Sistan və Bəluçestan vilayətinin valisi Əhməd Əli Mohebəti vilayətdə fövqəladə hallar üzrə keçirilən iclasda deyib.

Ə.Mohebətinin sözlərinə görə, sel kənd və şəhər yollarının bağlanması, körpülər, kənd təsərrüfatı əraziləri, evlərin dağılması, elektrik və telefon dirəklərinin qırılması və sair dağıntılarla nəticələnib.

İclasda çıxış edən Sistan və Bəluçestan magistral yol və nəqliyyat idarəsinin baş direktoru Əyyub Kord deyib ki, sel və daşqınlar nəticəsində 875 kəndlə əlaqə yolları kəsilmişdi və hazırda təxminən 70 kəndlə əlaqə yolu yoxdur.

Qeyd edək ki, İranda ötən 10 gün ərzində güclü yağıntılar nəticəsində 26 vilayətdə daşqınlar baş verib. Nəticədə (Sistan və Bəluçestan, Hörmüzqan və Rəzəvi Xorasanı vilayətlərində) indiyədək 5 nəfər həlak olub. İranın Qırmızı Aypara Cəmiyyəti 72 mindən çox insana yardımın edildiyini bildirib.

Əlavə edək ki, İranda son günlərdə baş verən sel və daşqınlar nəticəsində İranın Sistan və Bəluçestan, Hörmüzqan və Kirman vilayətlərində kənd təsərrüfatına təxminən 9,3 trilyon rial (təxminən 221 milyon dollar) ziyanın dəydiyi bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/818377.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR