Avtomobilyuma məntəqəsindən qaçırtdığı “BMW”ilə qəza törətdi

Avtomobilyuma məntəqəsindən qaçırtdığı “BMW”ilə qəza törətdi
15:29 16 Yanvar 2020
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Binəqədi rayonu ərazisindəki avtoyuma məntəqəsindən “BMW” markalı avtomobili qaçıraraq yol qəzası törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini H.Məmmədov yanvarın 15-də saat 1 radələrində Binəqədi rayonunun Mircəlal küçəsindəki avtomobillərin yuyulması məntəqəsindən “BMW” markalı avtomobilinin qaçırıldığını bildirib.

Müraciətlə əlaqədar dərhal Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin həmin məntəqədə işləyən Ağcəbədi rayon sakini B.Cavadov tərəfindən qaçırılması və həmin gün saat 4 radələrində Sumqayıt şəhəri ərazisində idarə edərkən maneəyə vurması müəyyən edilib.

B.Cavadov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3178171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR