Gürcüstandan gələn avtobusda qadağan olunmuş dərman preparatı tapıldı

Gürcüstandan gələn avtobusda qadağan olunmuş dərman preparatı tapıldı
15:43 16 Yanvar 2020
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "Mercedes Benz" markalı sərnişin avtobusu saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmıtindən Trend-ə verilən məlumata əsasən, sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, nəqliyyat vasitəsi rentgen qurğusundan keçirilərkən şübhəli təsvirlər müşahidə olunub.

Avtomobilə gömrük baxışı zamanı nəqliyyat vasitəsinin salonunda oturacaqların alt hissəsində 350 ədəd üzərində "Deposilin Pensilin G Benzatin" yazılan dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu dərman preparatı Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən dövriyyəsi qadağan olunmuş dərmanların siyahısındadır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3178123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR