Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini bir qədər də azaldıb

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini bir qədər də azaldıb
15:52 16 Yanvar 2020
58 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
"Report" quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsinin 0,75 faiz bəndi azaldılaraq 12%-dən 11,25%-ə endirilməsinə qərar verilib. 
Xatırladaq ki, TMB-nin ötən il iyulun 25-də keçirilmiş iclasında uçot dərəcəsi 4,25 faiz bəndi azaldılaraq 24%-dən 19,75%-ə, sentyabrın 12-də keçirilmiş iclasında 3,25 faiz bəndi azaldılaraq 19,75%-dən 16,5%-ə, oktyabrın 24-də keçirilmiş iclasında 2,5 faiz bəndi azaldılaraq 16,5%-dən 14%-ə, dekabrın 12-də keçirilmiş iclasında isə 2 faiz bəndi azaldılaraq 14%-dən 12%-ə endirilmişdi. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/turkiye-merkezi-banki-ucot-derecesini-bir-qeder-de-azaldib16012020

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR