Putin prezidentlik müddəti başa çatdıqdan sonra bu vəzifəni tutacaq

2024-cü ildə prezidentlik müddəti başa çatdıqdan sonra Vladimir Putin "Vahid Rusiya" partiyasına rəhbərlik edə bilər.

Metbuat.az bildirir ki, bu barədə "Kommersant" qəzeti Rusiya Dövlət Başçısının Administrasiyasına yaxın mənbəyə istinadən yazıb. Nəşrin yazdığına görə, partiyanın hökumət üzərində nəzarəti olacaq: "Buna görə yeni prezident bununla hesablaşmalı olacaq".

Bundan əlavə, V. Putin Təhlükəsizlik Şurasına və ya Dövlət Şurasına gedə bilər. Bu, bu orqanların səlahiyyətlərinin necə dəyişəcəyindən asılı olacaq.

Hazırda "Vahid Rusiya" partiyasına Dmitri Medvedev rəhbərlik edir.(baku.ws)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR