Dəhşətli qəza: ön şüşədən çıxaraq 10 metr kənara düşdü - VİDEO

Dəhşətli qəza: ön şüşədən çıxaraq 10 metr kənara düşdü - VİDEO
17:42 16 Yanvar 2020
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Sükan arxasında təhlükəsizlik kəmərindən istifadə etməyin vacibliyi barədə həm qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyəti, həm də real ölüm təhlükəsi var.

Milli.Az avtosfer.az-a istinadən təqdim etdiyi video rayon yollarının birində çəkilib. Görüntü uzaqdan olsa da qəzanın baş verdiyi və sonra avtomobilin alın şüşəsindən sərnişinin çıxaraq 10 metr kənara düşdüyü görünür. Qəza nəticəsində sürücü xəsarət alıb, amma həyatını itirməyib.

Çünki təhlükəsizlik kəmərindən istifadə edib. Kəmər taxmayan sərnişin isə hadisə yerində ölüb. 
Bir daha sürücü və sərnişinləri öz həyatlarını riskə atmamaq üçün təhlükəsizlik kəmərindən istifadə etməyə çağırırıq.

Ümid edirik ki, təqdim etdiyimiz video çoxları üçün dərs olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/818465.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR