Bakının bu rayonunda elektrik enerjisinin verilişi dayandırılacaq

Yanvarın 17-də Bakının Yasamal rayonu ərazisində yerləşən A.Şaiq, L.Tolstoy, Ç.Mustafayev, M.Əliyev, A.Qarayev, Şahbazi küçələrinin kəsişdiyi bəzi ərazilərdə elektrik enerjisinin təchizatı müəyyən müddətə qədər dayandıracaq.

Metbuat.az xəbər verir ki, “Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, buna səbəb, “Sovetski” adlanan ərazidə davam edən abadlıq və yenidənqurma işləri, köhnələn elektrik xətlərinin və yeraltı kabel xətlərinin yenilənməsidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR