“Nissan”nın eks rəhbəri əyləncəyə 3,9 milyon avro xərcləyib

Yaponiyanın avtomobil istehsalçısı “Nissan”, Tokio Birjasına şirkətin keçmiş rəhbəri Karlos Qon barəsində sənədlər təqdim edib.

Metbuat.az xəbər verir ki, sənədlərə əsasən Karlos Qon əyləncə və hədiyyələrə təxminən 3,9 milyon avro pul xərcləyib.

Qon xüsusəndə Versal Sarayında tez-tez ziyafətlər keçirib, şirkətin hesabına bahalı mallar, o cümlədən “Cartier”dən zərgərlik məmulatları alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR