Putin Baş nazirin təyinatı barədə FƏRMAN İMZALADI

Putin Baş nazirin təyinatı barədə FƏRMAN İMZALADI
20:03 16 Yanvar 2020
82 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Mixail Mişustinin Baş Nazir vəzifəsinə təyin olunmasına dair fərman imzalayıb.

Publika.az Ria novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən açıqlama verilib. Xatırladaq ki, Dumada Mişustinin namizədliyinə 383 millət vəkili səs verib. 41 deputat bitərəf qalıb.

Ötən gün Dmitri Medvedev prezidentin Federal Şuraya müraciətindən sonra hökumətin tam tərkibdə istefaya getdiyini açıqlayıb. Yeni hökumətin aprel ayında formalaşacağı gözlənilir.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/302131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR