Suriyada partlayış törədilib, ölənlər var

Suriyada partlayış törədilib, ölənlər var
20:42 16 Yanvar 2020
54 Digər
Ölkə mətbuatı
A- A+

Suriyanın şimal sərhədindəki Təl-Əbyad şəhərində avtomobilin partladılması nəticəsində 6 hərbçi ölüb, 13 nəfər yaralanıb.
“Report” “Sputnik”ə istinadən xəbər verir ki, Azad Suriya Ordusunun qərargahının qarşısında baş verən hadisədə ölənlər arasında iki nəfər türk zabiti və dörd nəfər FSA üzvü var.
Qeyd edək ki, hadisənin baş verdiyi Təl-Əbyad şəhəri Türkiyənin oktyabr ayında başladığı “Barış pınarı” adlı antiterror əməliyyatı bölgəsində yerləşir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/suriyada-partlayis-toredilib-olenler-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR