Qriqori Trofimçuk: "Azərbaycan avropalı məmurları letargiya yuxusundan ayıltmağa qadirdir"

Qriqori Trofimçuk: "Azərbaycan avropalı məmurları letargiya yuxusundan ayıltmağa qadirdir"
20:47 16 Yanvar 2020
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı (Aİ) hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Milli.Az bildirir ki, bunu Trend-ə rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

Onun sözlərinə görə, Aİ nümayəndələri hər zaman Qarabağla bağlı sənəd, protokol və qətnamələri dəstəkləyiblər:

"Bu baxımdan "Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti barədə" qətnamənin qəbul olunmasında yeni bir şey yoxdur. Bütün məsələ ondadır ki, bu yanaşmalar təcrübədə və müharibəsiz necə tətbiq olunacaq".

Politoloq hesab edir ki, beynəlxalq, xüsusilə də Avropa təşkilatlarında işləyən Azərbaycan və Ermənistan nümayəndələri üçün bu baxımdan çox dəyişiklik olmayacaq.

Onun sözlərinə görə, daha bir vacib məqam Azərbaycan və onun nümayəndələrinin bu qətnamə əsasında necə hərəkət edəcəyidir:

"Burada hər şey özlərindən asılıdır. Məsələ Qarabağ nizamlanması ilə bağlıdırsa, onlar avropalı məmurları letargiya yuxusundan ayıltmağa qadirdir".

Yekunda rusiyalı politoloq Avropada Azərbaycan diasporlarının nümayəndələrinə mövcud vasitələrdən düzgün istifadə etməyi və səmərəli təsir sistemi yaratmağı tövsiyə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/818575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR