Teslanın kapitallaşması demək olar ki, 100 milyard dollara çatdı

Teslanın kapitallaşması demək olar ki, 100 milyard dollara çatdı
23:47 16 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl Tesla şirkətinin səhmləri 470 dollara, şirkətin kapitallaşması isə 85 milyard dollara yaxın idi. Bu, Teslanı ən qiymətli Amerika avtomobil istehsalçısı etdi.

Ancaq hekayə bununla bitmədi.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkətin səhmləri yenidən kəskin şəkildə qalxıb. Hazırda səhmlər 525 dollar dəyərində qiymətləndirilir ki, bu da təxminən 95 milyard dollar kapitallaşma verir! Qeyd edək ki," Tesla" kapitallaşma baxımından "Toyota"dan sonra ikinci yerdədir.

Səhmlərdə bu cür yüksəliş Çində həftə sonu elektrikli nəqliyyat vasitələrinin alıcılarına dövlət dəstəyinin genişləndirildiyini elan etdikdən sonra müşahidə olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/817848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR