İlk naviqasiya sistemləri necə yaranıb? – ARAŞDIRMA

İlk naviqasiya sistemləri necə yaranıb? – ARAŞDIRMA
23:57 16 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Ötən əsrin 70-80-ci illərində aktiv kosmik tədqiqatlar peyk naviqasiyası üçün kosmik aparatlardan istifadə etməyə imkan yaratdı.

Milli.Az ted.az-a istinadən bildirir ki, elektronikanın inkişafı isə siqnalları birbaşa avtomobilə ötürə bildi. İnnovativ inkişafın nəticəsi olaraq, peyk siqnallarının kompüter vasitəsilə emalını həyata keçirən amerikan sistemi Class öz məhsullarını bazara təqdim etdi.

Naviqasiya sistemlərinin qabaqcılları

1985-ci ildə Chrysler şirkəti "lazer atlası" haqqında məlumat verdi, lakin Ford da öz modellərində bortda naviqasiya sistemlərini quraşdırmağa hazır idi.

Avtomatik naviqasiya sistemlərinin istismarı üçün birləşdirilmiş bir neçə komponent istifadə edilirdi:

1. Məlumat toplamaq üçün Navastar naviqasiya peykləri

2. Monitora məlumatı ötürə biləcək qəbuledici-ötürücü

Yalnız ABŞ-ın bütün ərazisini əhatə etmək üçün 25 minə qədər qrafik şəkil yaratmaq tələb olunurdu. Qurulan ərazinin sıxlığından asılı olaraq fərdi xəritələr 50 mil miqyasdan 32 min mil arasında ölçülürdü.

Artıq ilk hazır qurğular sensor monitorları ilə istehsal olundu. Bu, bort naviqasiyanın istifadəsini asanlaşdırdı. Sürücü xəritəni birbaşa ekranda böyütmək və ya fırlatmaqla asanlıqla istədiyi yeri tapa bilirdi.

Əvvəllər naviqasiya sistemləri yalnız uzun səfərlərdə sürücüyə kömək məqsədi ilə təqdim olunurdu. Peyk sistemi bir çox avtomobildə dəqiq marşrut xəttini təmin edərək bir sıra problemi həll etməkdə səmərəli idi. Lakin hələ bugünkü mövcud olan funksiyalardan söhbət belə getmirdi:

1. Ən qısa yol trayektoriyasını seçmək;

2. Yaranan tıxacları nəzərə almaq;

3. Avtomobilin xüsusiyyətlərini nəzərə almaq imkanı.

1988-ci ildə peyklərin sayı 18 ədədə çatdırıldı ki, bu da dünyanın istənilən yerində avtomobili aşkar etməyə imkan verdi.

İnkişaf mərhələləri

Əvvəlcə 1 avtomobil üçün kompleks dəst 500 dollara başa gəlirdi. Lakin tərtibatçılar həmin mərhələdə qarşıdakı inkişafın vacibliyini vurğulayırdılar:

1. Məlumat ötürmək üçün elektrik impulslarından istifadə. Məlumdur ki, bu gün avtomobillərdə tellər (simlər) daha azdır.

2. Multikompleksin yaradılması. Bu, müxtəlif funksiyaların olduğu kompakt avadanlıq yaratmağı mümkün etdi.

Bu gün multimedia kompleksi maşını idarə etmək, o cümlədən bütün sistemləri qurmaq üçün demək olar ki, funksiyaların hamısını özündə birləşdirir. Və bəzi avtomobillərdə ənənəvi keçid açarları və idarəetmə düymələri, demək olar ki, yox olub. Bundan əlavə, müasir zamanda sürücülər avtomobilləri ilə məsafədən asanlıqla əlaqə qura, təhlükəsizliyini izləyə və ya uzaqdan idarə edə bilərlər.

Və sonda...

Nəqliyyat vasitələri üçün mobil naviqasiyanın tətbiqi 1983-cü ildən sonra mümkün oldu. Belə ki, ABŞ Müdafiə Nazirliyi GPS naviqasiya sistemlərinin mülki istifadəsinə icazə verdi. Bu, hərbi inkişafın vətəndaş cəmiyyəti naminə xidmətlərindən biridir...

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/817868.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR