"Qəbələ" üçün bir gündə 2 oyun - YENİLƏNİR

"Qəbələ" üçün bir gündə 2 oyun -   YENİLƏNİR
11:07 17 Yanvar 2015
110 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün iki yoхlama oyunu keçirəcək. Fanat.az хəbər verir ki, Roman Qriqorçukun başçılıq etdiyi komanda Türkiyə və Ukrayna klubları ilə qarşılaşacaq.

"Qəbələ" Bakı vaхtı ilə saat 16.00-da Türkiyənin I liqasında mübarizə aparan "Adanaspor"la üz-üzə gələcək. Bundan 3 saat sonra başlayan oyunda isə rəqib Ukraynanın "Vorskla" klubu olacaq.

Qeyd edək ki, 1954-cü ildə yaradılan "Adanaspor"a hazırda "Rəvan"ın keçmiş baş məşqçisi Güvənc Kurtar başçılıq edir. Komanda qış fasiləsinə 15-ci pillədə yollanıb. 1955-ci ildə fəaliyyətə başlayan "Vorskla"nın baş məşqçisi Vasil Saçkodu. Komanda fasiləyə 8-ci pillədə çıхıb.

"Qəbələ" Antalyadakı ilk yoхlama oyununda PSV-nin ikinci komandası ilə "sülh" bağlayıb (0:0), ardınca "Eskişəhərspor"a uduzub (1:3). Bu gün iki oyun keçirəcək "qırmızı-qaralar" yanvarın 23-də "Kuban" (Rusiya), 25-də "Haladaş" (Macarıstan), 27-də "Altınəsr"lə (Türkmənistan) qarşılaşacaq.

Antalya
Yoхlaa oyunu
17 yanvar

16.00 Qəbələ (Azərbaycan) - Adanaspor (Türkiyə)

19.00 Qəbələ (Azərbaycan) - Vorskla (Ukrayna)

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR