“Sabah” heyətini yeni hücumçuyla gücləndirib

“Sabah” heyətini yeni hücumçuyla gücləndirib
02:17 17 Yanvar 2020
91 Digər
Ölkə mətbuatı
A- A+

“Sabah” futbol klubu heyətini yeni hücumçuyla gücləndirib. 
"Report" xəbər verir ki, təcrübəli futbolçu Marko Deviç mövsümün sonuna kimi komandanın heyətində olacaq. 
Ukrayna millisinin sabiq üzvü 2018/19 mövsümündə də “Sabah”ın şərəfini qoruyub. 
Marko komandanın Premyer Liqada ilk qolunun müəllifidir. O, ötən mövsüm “Sabah” formasıyla çıxdığı 21 oyunda 8 qola imza atıb.
Qeyd edək ki, Marko karyerası ərzində “Zvezdara”, “Rad”, “Jeleznik”, “Vozdovats” (hamısı Serbiya), “Volın”, “Metallist” (Xarkov), “Şaxtyor” (hamısı Ukrayna), “Rubin”, “Rostov” (hər ikisi Rusiya), “Əl-Rayyan” (Qətər), “Vaduts” (Lixtenşteyn) klublarının uğurları üçün çalışıb. Hücumçunun son komandası “Vozdovats” olub.
Deviç Ukrayna millisində keçirdiyi 35 oyunda 7 qola imza atıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sabah-heyetini-yeni-hucumcuyla-guclendirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR