Tramp Omanın yeni sultanı ilə görüşmək istəyir

Tramp Omanın yeni sultanı ilə görüşmək istəyir
09:42 17 Yanvar 2020
29 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ və Omanın liderləri arasında telefon danışığı olub.
“Report” “TASS”a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Omanın yeni sultanı Haysam ben Tarek ilə telefon danışığında şəxsi görüşə ümid etdiyini bildirib.
Məlumata görə, Donald Tramp həmçinin yeni sultan və Oman xalqına sultan Kabus ben Səid Əl Səidin vəfat etməsi ilə əlaqədar başsağlığı verib.
Xatırladaq ki, Kabus ben Səid Əl Səid yanvarın 10-da 79 yaşında vəfat edib. Yanvarın 11-də 65 yaşlı Haysam ben Tarek Əl Səid Omanın yeni sultan olaraq and içib. Bundan öncə o, Omanın Mədəniyyət və Milli İrs Nazirliyinin rəhbəri olub.
Alparslan Öztürk

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-omanin-yeni-sultani-ile-gorusmek-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR