Bakıda lezbiyan qızını evdə dustaq edən anadan XƏBƏR VAR - RƏSMİ

Bakıda lezbiyan qızını evdə dustaq edən anadan XƏBƏR VAR - RƏSMİ
09:52 17 Yanvar 2020
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Baş Polis İdarəsi milliyyətcə azərbaycanlı olan, Krasnoyarsk sakini Sevgiya Sübhani İsmayılovanın anası tərəfindən Rusiyadan zorla Bakıya gətirilərək ev dustağı edilməsi xəbərinə münasibət bildirib.

Milli.Az xəbər verir ki, qafqazinfo-ya açıqlama verən BŞPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, 18 yaşlı qız Bakıda yerləşən sığınacaqlardan birinə yerləşdirilib:

"Sevgiya Sübhani İsmayılova Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən müəyyən olunaraq, paytaxtda yerləşən sığınacaqlardan birinə yerləşdirilib. Zəruri olan bütün hüquqi tədbirlər həyata keçirilib. Sağlamlığı qaydasındadır. Tərəfimizdən araşdırmalarımız davam etdirilir". 

Qeyd edək ki, Rusiya mətbuatını yaydığı məlumata görə, ana ilə münaqişə qızın öz cinsi orientasiyasını elan etməsindən və sevgilisi barədə etiraflardan sonra başlayıb. Qızın anası lezbiyanlığını etiraf edən 18 yaşlı övladını zorla Bakıya gətirərək, sənədlərini, telefonunu və antidepresantları əlindən alıb. Milliyyətcə azərbaycanlı olan İsmayılova Rusiyanın Norilsk şəhərində dünyaya gəlib, ancaq Krasnoyarsk şəhərində yaşayıb. O, Krasnoyarsk Dövlət Tibbi Universitetində oxuyur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/818622.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR