Hikmət Hacıyev: “20 yanvar hadisələrində azadlıq uğrunda şəhid olanları şərəflə xatırlamalıyıq”

Hikmət Hacıyev: “20 yanvar hadisələrində azadlıq uğrunda şəhid olanları şərəflə xatırlamalıyıq”
11:37 17 Yanvar 2020
58 Digər
Ölkə mətbuatı
A- A+

“1990-cı ilin 20 Yanvar hadisələri müasir Azərbaycanın tarixində “Qara Yanvar” olaraq qalıb və 70 illik Sovet hakimiyyətinə son qoyub”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov ADA Universitetində 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfransda deyib.
Nazir qeyd edib ki, həmin dövrdə Sovet hökuməti Bakıya yeritdiyi ordunun əhalini qoruyacağını elan etsə də, SSRİ Daxili İşlər Nazirliyinin başçısı ordunun yeridilməsinin məqsədinin sovet rejiminə qarşı olan millətçi müxalifətdən qorunmaq olduğunu bildirmişdi: “Onlar sadəcə bütün sosialist ölkələrinə eyni hadisənin onların da başına gələ biləcəyini nümayiş etdirmək istəyirdilər. Bu, göstəriş aktı idi”.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev 30 il əvvəl qoşunların 20 yanvar tarixində Bakıya yerdilməsinin SSRİ Konstitusiyasına zidd olduğunu xatırladıb. O bildirib ki, əhali xəbərdar edilməmişdi, deməli, məqsəd insanları küçələrdə yaxalamaq və öldürmək idi.
Prezidentin köməkçisi Ermənistan baş nazirinin Bakıda 20 Yanvar hadisələrinin “Azərbaycan millətçiləri” ilə mübarizəyə istiqamətləndiyi ilə bağlı verdiyi son açıqlamanı absurd adlandırıb. “Şəhidlər Xiyabanındakı məzarlara baxın, burada yeniyetmələrin məzarları da var. Müstəqillik qazanmaq və onu qorumaq çox çətindir. Bu vəzifəni ləyaqətlə yerinə yetirməliyik. Azadlığımız uğrunda şəhid olanları şərəflə xatırlamalıyıq”, - o deyib.











Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/haciyev-20-yanvarda-azadliq-ugrunda-sehid-olanlari-xatirlamaliyiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR