İslam Kərimov Özbəkistan prezidentliyinə namizəddir

11:08 17 Yanvar 2015
80 Dünya
Ölkə mətbuatı
A- A+


Daşkənd, 17 yanvar, AzərTAc
Özbəkistanda parlament seçkiləri başa çatdıqdan sonra prezident seçkilərinə start verilib.
Hazırkı Prezident İslam Kərimovun üzv olduğu Sahibkarlar və İşgüzar Adamlar Hərəkatı - Liberal-Demokratik Partiyası Siyasi Şurasının İcraiyyə Komitəsinin sədri S.Turdiev bununla bağlı keçirilən iclasda deyib ki, bu il martın 29-da keçiriləcək prezident seçkilərinə namizədlərin irəli sürülməsinə başlanılıb və biz də öz seçimimizi etməliyik. Sonra bu partiyadan Özbəkistan prezidentliyinə namizəd irəli sürülməsi məsələsi müzakirə olunub.
Siyasi Şuranın iclasında hazırkı dövlət başçısı İslam Kərimov Özbəkistan prezidentliyinə namizəd irəli sürülüb. Onun namizədliyi iclas iştirakçıları tərəfindən yekdilliklə qəbul edilib.
İclasda İslam Kərimovun rəhbərliyi ilə ölkədə aparılan quruculuq işləri və islahatlar haqqında da məlumat verilib.
Xatırladaq ki, bu müddət əvvəl ölkədə keçirilən parlament seçkilərində İşgüzar Adamlar Hərəkatı - Liberal-Demokratik Partiyası ən çox - 52 mandat qazanıb.
Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
Daşkənd

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Islam_Kerimov_Ozbekistan_prezidentliyine_namizeddir-825489

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR