Marko Deviç yenidən "Sabah"da

Marko Deviç yenidən "Sabah"da
11:47 17 Yanvar 2020
76 İdman
Ölkə mətbuatı
A- A+

"Sabah" heyətini yeni hücumçuyla gücləndirib.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, təcrübəli futbolçu Marko Deviç bu mövsümün sonuna kimi komandanın uğurları üçün çalışacaq.

Ukrayna millisinin sabiq üzvü 2018/19 mövsümündə də "Sabah"ın şərəfini qoruyub. Marko Bakı təmsilçisinin Premyer Liqada ilk qolunun müəllifidi. O, ötən mövsüm "Sabah" formasıyla çıxdığı 21 oyunda 8 qola imza atıb.

Marko karyerası ərzində "Zvezdara", "Rad", "Jeleznik", "Vozdovats" (hamısı Serbiya), "Volın", "Metallist" (Xarkov), "Şaxtyor" (hamısı Ukrayna), "Rubin", "Rostov" (hər ikisi Rusiya), "Əl-Rayyan" (Qətər), "Vaduts" (Lixtenşteyn) klublarının uğurları üçün çalışıb. Hücumçunun son komandası "Vozdovats" olub.

Deviç Ukrayna millisində keçirdiyi 35 oyunda 7 qola imza atıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/818654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR