“Silk Way Holding”in stukturlarında kapital artımı davam edir

“Silk Way Holding”in stukturlarında kapital artımı davam edir
12:02 17 Yanvar 2020
47 Digər
Ölkə mətbuatı
A- A+

“Silk Way Holding” MMC-yə daxil olan “Silk Way Business Aviation” MMC-nin nizamnamə kapitalı 105 610 840 manat və yaxud 3,3 dəfə artırılaraq 46 540 200 manatdan 152 151 040 manata çatdırılıb.
“Report” xəbər verir ki, buna səbəb holdinqə məxsus “ASG Servis” MMC-nin ləğv edilərək “Silk Way Business Aviation”ə birləşdirilməsidir.
Xatırladaq ki, bu şirkətin nizamnamə kapitalının artırılmasına ötən ilin sonlarına yaxın başlanılıb. Əvvəlcə sözügedən göstərici 200 manatdan 27 880 200 manata, daha sonra isə 46 540 200 manata çatdırılıb.
Oxşar proses “Silk Way Holding”ə daxil olan “Silk Way Helicopter Services” MMC-də də gedir. Bu şirkətin nizamnamə kapitalı kəskin artımla 200 manatdan 34 309 743 manata çatıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/silk-way-holding-in-stukturlarinda-kapital-artimi-davam-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR