Medvedevdən sonra daha bir böyük dəyişiklik - O, Putinin sağ qolu olacaq

Medvedevdən sonra daha bir böyük dəyişiklik - O, Putinin sağ qolu olacaq
12:13 17 Yanvar 2020
56 Digər
Ölkə mətbuatı
A- A+

Çeçenistan lideri Ramzan Kadırova yeni vəzifə veriləcək.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi ola bilər.

Adının açıqlanmasını istəməyən Kremldən bir mənbə bildirib ki, Kadırovun səhhəti ilə bağlı təcili şəkildə səlahiyyətlərini Baş nazir Müslüm Xuçevə təslim etməsinin arxasında, əslində, daha yüksək vəzifəyə təyin olunma planı dayanır.

Qeyd edək ki, Ramzan Kadırov müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi ilə bağlı yanvarın 15-də xəstəxanaya yerləşdirilib və səlahiyyətini hökumət başçısına verib.

Kadırovun təklifi qəbul edib-etmədiyi məlum deyil.

Xatırladaq ki, ötən gün Rusiyada Baş nazir də dəyişib. Dmitri Medvedev vəzifəsindən istefa verdikdən sonra Mixail Mişutin bu vəzifəyə təyin edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/302184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR