Bakıda sığınacağa yerləşdirilən lezbiyanla bağlı məsələ böyüyür: "6-cı sinifdə oxuyanda..." - TƏFƏRRÜAT

"Rusiyalı aktivistlər anası tərəfindən Azərbaycana gətirilmiş 18 yaşlı lezbiyan Sevgiya Sübhani İsmayılovanın Rusiyaya geri verilməsini tələb edir”.

Metbuat.az bildirir ki, bu barədə Qaynarinfo-ya etibarlı mənbədən məlumat daxil olub. Məlumat verən şəxsin sözlərinə görə, Rusiya Sevgiya Sübhani İsmayılovanın müdafiəsinə qalxıb:

"Ana qızının lezbiyanlığından xəbərsiz olub. Sonra qızı hansısa formada etiraf edəndə anası bunu bilib. Hazırda qızın anasına qarşı təhlükə çox böyükdür. Anası da təhlükəsizliyini təmin etmək istəyir. Qızın anası hazırda Bakıda yaşayır. Bunun üçün qadın hüquq-mühafizə orqanlarına müraciət edərək dəstək istəyib. Rusiyada aktivistlər Sevgiya Sübhani İsmayılovanın müdafiəsinə qalxıblar. Onunla bağlı müzakirələr aparılır, müdafiəsi ilə bağlı tədbirlər görülür. Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edilib. Ananın qızını Bakıya gətirməkdə məqsədi var. İstəyir ki, müalicə etdirib ərə versin, ailəsi olsun. Onun üçün də sənədlərini əlindən alıb. Amma qızın müalicə olunmaq şansı yoxdur. Çünki qız lezbiyanlığa 6-cı sinifdə oxuyandan başlayıb. Rusiyalı aktivistlər qızın geri qaytarılmasını tələb edir”.

Qeyd edək ki, Rusiya mətbuatının yazdığına görə, Krasnoyarsk sakini olan qadın lezbiyanlığını etiraf edən 18 yaşlı qızı Sevgiya Sübhani İsmayılovanı zorla Bakıya gətirərək, sənədlərini, telefonunu və antidepresantlarını əlindən alıb.

Milliyyətcə azərbaycanlı olan S.İsmayılova Rusiyanın Norilsk şəhərində dünyaya gəlib, ancaq Krasnoyarsk şəhərində yaşayıb. O, Krasnoyarsk Dövlət Tibbi Universitetində oxuyur. Ana ilə münaqişə qızın öz cinsi orientasiyasını elan etməsindən və sevgilisi barədə etiraflardan sonra başlayıb.

Leybiyanlığını etiraf edən 18 yaşlı qız Bakıdakı sığınacaqların birinə yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR