Vasif Məhərrəmli efirdə söyüş söydü - VİDEO

Vasif Məhərrəmli efirdə söyüş söydü - VİDEO
13:42 17 Yanvar 2020
170 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Vasif Məhərrəmli "Şou ATV" proqramında müzakirələrə səbəb olacaq addım atıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmkarı Xatirə İslamla qonaq olan ifaçı qeyri-etik ifadə səsləndirib.

Belə ki, Vasif sosial şəbəkədə Xatirə ilə sevgili olması barədə rəylər yazıldığını qeyd edib. Müzakirə zamanı X. İslam heç vaxt belə bir şeyin olmadığını bildirib və Vasifin yanından bir az uzaqlaşıb.

Bu zaman Əməkdar artist sənətçinin sözügedən addımına qeyri-etik ifadə ilə cavab verib.

Məsələ ilə bağlı "Qafqazinfo" Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşovla əlaqə saxlayıb.  O, kadrlarla tanış olduqdan sonra açıqlama yayacağını qeyd edib.

Milli.Az

 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/818738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR