YAP ödənişsiz efir vaxtından imtina edib

YAP ödənişsiz efir vaxtından imtina edib
14:17 17 Yanvar 2020
28 Digər
Ölkə mətbuatı
A- A+

Hakim Yeni Azərbaycan Partiyası (YAP) fevralın 9-da keçiriləcək parlament seçkilərinin təşviqat mərhələsində ödənişsiz efir vaxtından istifadə etməyəcək.
“Report”un əldə etdiyi məlumata görə, YAP parlament seçkilərinin təşviqat mərhələsində İTV-nin pulsuz efir vaxtından istifadə etməyəcəyi ilə bağlı müvafiq qərar qəbul edib.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radioda efir vaxtı ayrılır, o cümlədən dövlətdən maliyyələşən dövrü mətbuatda pulsuz təşviqat aparmaq üçün şərait yaradılır. YAP-ın 123 deputatlığa namizədi qeydə alınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/yap-odenissiz-efir-vaxtindan-istifade-etmeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR