"Mançester Yunayted" klubunun kapitanı dəyişib

"Mançester Yunayted" klubunun kapitanı dəyişib
14:37 17 Yanvar 2020
45 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Ule Qunnar Sulşer Premyer Liqanın 23-cü turunda qarşılaşacaqları "Liverpul"la oyunöncəsi keçirilən mətbuat konfransında komandanın yeni kapitanının adını açıqlayıb.
"Report"un Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, 46 yaşlı mütəxəssis kapitanlıq sarğısının artıq komandanın müdafiəçisi Harri Maquayra həvalə olunduğunu bildirib.
Daha öncə kapitanlıq sarğısı komandanın digər müdafiəçisi Eşli Yanqa məxsus idi. Lakin artıq onun İtaliya "İnter"inə keçidi böyük ölçüdə həll olunduğundan kapitanlıq statusu Yanqın əlindən alınıb.
Qeyd edək ki, "Liverpul" - "Mançester Yunayted" oyunu yanvarın 19-da keçiriləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-ngilterenin-mancester-yunayted-klubunun-bas-mesqcisi-ule-qunnar-sul

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR