“Vulverhempton” Azərbaycan millisinin üzvü üçün 3,3 milyon ödəyib

“Vulverhempton” Azərbaycan millisinin üzvü üçün 3,3 milyon ödəyib
15:52 17 Yanvar 2020
91 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Vulverhempton" klubunun ötən yay "Eştoril"dən transfer etdiyi Renat Dadaşovun keçidi üçün ödədiyi təzminat qiyməti müəyyənləşib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvünün transferi "canavarlar"a 1,5 milyon funt-sterlinqə (təqribən 3,3 milyon manat) başa gəlib.
 
"Vulverhempton" Renat Dadaşovu transfer etdikdən sonra Portuqaliyanın "Pasuş de Ferreyra" klubuna icarəyə vermişdi. 20 yaşlı qış fasiləsində Premyer Liqa klubuna qayıtdı. "Vulverhempton" Dadaşovu yenidən icarəyə vermək üçün klub axtarır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/818759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR