Ukraynanın baş naziri istefa qərarına aydınlıq gətirib

Ukraynanın baş naziri istefa qərarına aydınlıq gətirib
16:57 17 Yanvar 2020
56 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynanın baş naziri Aleksey Qonçaruk Ali Radada çıxışı zamanı istefa qərarını izah edib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, o, bu yolla ölkə prezidenti Vladimir Zelenskinin etimadını qazanmaq və təsdiqləmək istəyib.
“Biz bir komandayıq. Bu adamın – Vladimir Aleksandroviç Zelenskinin sayəsində hakimiyyətə və ölkəni dəyişdirməyə gəldik. Hamımız ona hörmətlə yanaşırıq, komanda daxilində yüz faiz güvən qazanmağımız bizim üçün çox vacibdir”, - o deyib.
O əlavə edib ki, prezident bu və ya digər mövqelərdə komandadan kimin işləyəcəyi ilə bağlı qərar verənədək hökumət normal qaydada işləməyə davam edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ukraynanin-bas-naziri-istefa-qerarina-aydinliq-getirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR