Bakıda 72 yaşlı kişini küçədə maşın vurub öldürdü

Bakıda 72 yaşlı kişini küçədə maşın vurub öldürdü
18:43 17 Yanvar 2020
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

İsmayıllı rayon sakini idarə etdiyi 99 JM 442 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı avtomobillə hərəkətdə olarkən Zərifə Əliyeva parkının qarşısında yolu keçən piyada, 1948-ci il təvəllüdlü Sədrəddinov Həsən Ələddin oğlunu vurub. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

H.Sədrəddinov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3178832.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR