Qəhvəyə bir qaşıq əlavə edib için - Xəstəliklərdən QORUNUN

Qəhvəyə bir qaşıq əlavə edib için - Xəstəliklərdən QORUNUN
22:12 17 Yanvar 2020
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Kokos və qəhvə ikilisinin faydaları insanı təəccübləndirir. Siz də qəhvənizə bir qaşıq kokos yağı əlavə edin, təsirini tezliklə görəcəksiniz.

Milli.Az medicina.az-a istinadən bildirir ki, maddələr mübadiləsini sürətləndirən və xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alan kokos yağı, həzm sistemindən beyin sağlamlığına qədər çox şeylərə müsbət təsir göstərir.

Qidalanma məsləhətçisi doktor Yeşim Temel Özcan kokos yağının faydaları haqqında məlumat verib. Onun bir çox problemlərə çarə olduğunu vurğulyan həkim, kakos yağının təsirlərini belə təsnifləndirib.

- Göbələk və eqzema üçün faydalıdır.

- Kokos yağı dərini nəmləndirmək, yaşlanmağı gecikdirmək, qırış və çat izlərini aradan qaldırmaq kimi bir çox xüsusiyyətlərə malikdir.

- Ekzema və göbələk kimi dəri problemləri üçün də istifadə olunur.

- Kakos yağının tərkibi ana südünün tərkibi ilə bənzərdir. O tərkibində MCT adlı orta zəncir yağ turşularına və ana südündə olan laurik turşusuna malikdir. Laurik turşusu təsirinə görə antimikrobdur.

- Bağırsaqdakı zərərli mikrobları aradan qaldırır və yoğun bağırsağın sağlamlığını artırır.

- Metobolizmanı gücləndirir

- Qida rasionunda kakos yağı olan ölkələrdə insanlar piylənmə və bununla əlaqəli digər xəstəliklərə daha az tutulurlar. Buna görə də maddələr mübadiləsinə yaxşı təsir etdiyi məlumdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/818610.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR