Hansı qan qrupu hansı xərçəng növünün riskini artırır?

Hansı qan qrupu hansı xərçəng növünün riskini artırır?
23:42 17 Yanvar 2020
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Elmi araşdırmalar göstərir ki, xərçəng xəstəliyinin riski insanın qan qrupu ilə əlaqəlidir.

Tanınmış rusiyalı tele-həkim Elena Malışeva öz verlişində Danimarka və İsveç həkimlərinin bu mövzuda araşdırmaları haqqında danışıb.

Belə ki, 1-ci qan qrupu olan insanlarda digər qruplarla müqayisədə yoğun bağırsağın xərçəngi riski daha yüksəkdir. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, həkim 1-ci qan qrupu olanlara 40 yaşdan sonra müntəzəm olaraq hər 5 ildən bir kolonoskopiya müayinəsindən keçməyi tövsiyə edib.  

2-ci qan qrupuna aid olan insanlar mədə xərçənginin inkişafına meyillidirlər. Malışeva bu insanlara 45 yaşdan sonra hər 2-3 ildən bir qastroskopiyadan keçməyi məsləhət görüb.

3-cü qan qrupunda mədəaltı vəzi xərçənginin riski daha yüksəkdir. Bu qan qrupu olanlar ildə 1 dəfə profilaktik USM-dən keçməlidir.

Ən nadir 4-cü qan qrupunda böyrək xərçənginin riski digər qan qrupları ilə müqayisədə daha yüksəkdir. Malışevanın sözlərinə görə, bu "ən yaxşı xərçəng növüdür". Böyrək xərçəngi daha erkən aşkar olunur və çox yaxşı müalicə olunur. 4-cü qan qrupu olan insanlar hər il profilaktik USM-dən keçməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/818788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR