Qrip olmamaq üçün mütləq bu üsulu tətbiq edin

Qrip olmamaq üçün mütləq bu üsulu tətbiq edin
08:13 18 Yanvar 2020
Ölkə mətbuatı
A- A+
.

Qış aylarının ən dadlı meyvələrindən biri də heyvadır.

Publika.az xəbər verir ki, meyvəsində təbii turşu, A və C vitamini, pektin və tanen maddələri olan heyva bir çox xəstəliyin dərmanıdır. Həkimlər qışda qrip olmamaq üçün bol heyva suyu içməyi və meyvəsini yeməyi məsləhət görürlər.

Heyva qabığı və toxumu qaynadılıb içilərsə, sidikyolu iltihablarına faydalıdır. İştah açır, böyrək və sidik torbası iltihablarını aradan qaldırır. Heyva suyu bədəni tərlətmək üçün yaxşıdır. Göz qapaqları və kirpiklərin iltihablanması zamanı heyva suyu ilə gözlərin yuyulması faydalıdır. Həmçinin, boğaz ağrısı zamanı qurudulmuş heyvanı suda saxlayıb, həmin su ilə qarqara etmək problemin aradan qaldırılmasına müsbət təsir edə bilər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/302254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR