Video hazırlamaq üçün mobil tətbiqlər

Video hazırlamaq üçün mobil tətbiqlər
08:42 18 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Smartfonların video və şəkil çəkmək funksiyaları zaman keçdikcə daha da təkminləşir və istifadəçilər üçün əlavə imkanlar yaradır. Hazırda sosial şəbəkələrdə qısa və əyləncəli məzmunlu videolar getdikcə daha çox populyarlıq qazanmaqdadır. Odur ki, çəkdiyiniz qısa videoların daha maraqlı və kreativ etmək üçün lazım olan ən faydalı mobil tətbiqlər aşağıdakılardır:

  • Moodelizer

Milli.Az kriptoinvest.az-a istinadən bildirir ki, videonu musiqilər və səs effektləri ilə hazırlamaq istəyirsinizsə, bu tətbiq tam sizlikdir. Tətbiqdə eyni zamanda canlı musiqi redaktoru, dinamik musiqi formatı, "Rehearse and Record" rejimləri mövcuddur. Tətbiq həm Android, həm də iOS cihazlarını dəstəkləyir.

  • WeVideo Video Editor

Bu tətbiq ilə filmlər, foto hekayələr və slayd materiallar hazırlayıb sosial şəbəkələrdə paylaşa bilərsiniz. Həmçinin video kəsmək, bir layihəyə çox sayda video, şəkil əlavə etmək, müsiqidən istifadə etmək mümkündür. Tətbiqin daxilində olan hazır mövzu və səs effektləri maraqlı videolar hazırlamağa kömək edəcək. Tətbiq həm Android, həm də iOS cihazlarını dəstəkləyir.

  • Glimpse

Glimpse, video roliklərinizi sürətli və asan şəkildə çəkməyinizə və redaktə etməyinizə imkan verən praktik tətbiqdir. Glimpse, mürəkkəb redaktə proqramı olmadan qısa videolar yaratmağa imkan verir. Avtomatik görüntü sabitləşdirmə, fənər dəstəyi, çərçivə, portret və ya mənzərəli video hazırlama funksiyaları var. Tətbiq həm Android, həm də iOS cihazlarını dəstəkləyir.

  • Ooo-play with zoom

Bu tətbiq ilə super uzaq, super tez, super yavaş qısa videolar çəkmək mümkündür. Hazır musiqiləri və səs effektlərini də istifadə etmək olur. Tətbiq iOS cihazlarını dəstəkləyir.

  • 1 Second Everyday

Bu tətbiq ilə hər gün 1 saniyə video çəkməklə yadda qalan qısa videolar hazırlamaq olar. 1 Second Everyday gündəlik, aylıq, mövsümi və ya son bir ilin yaddaqalan anlarını videolar ilə ifadə etməyi daha da asanlaşdırır. Tətbiq həm Android, həm də iOS cihazlarını dəstəkləyir.

  • iMovie

Video redaktə mobil tətbiqləri arasında ən asan istifadə edə biləcəyiniz mobil tətbiqdir. Tətbiqin köməyi ilə videoları çəkdiyiniz xronoloji ardıcıllıqla sıralaya, effekt verə və kadrları daha asan tapmaq mümkündür. Tətbiq iOS cihazlarını dəstəkləyir.

  • Musemage

Bu tətbiq fərqli texnikalarla, xüsusən də dayanma hərəkətləri ilə təsirli videolar çəkməyə imkan verir. Stop-motion funksiyası fərqli texnikalarla diqqət çəkən videolar çəkməyi mümkün edir. Tətbiq həm Android, həm də iOS cihazlarını dəstəkləyir.

  • Magisto Video Editor & Maker

Tətbiq smartfonda şəkil və videoların redaktə etmə, seçdiyiniz musiqiləri istifadə etmə, qrafik və effektlər əlavə edərək daha yaxşı video hazırlamaq imkanı yaradır. Tətbiq həm Android, həm də iOS cihazlarını dəstəkləyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/818407.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR