Xoruzun vurduğu kişi hadisə yerində öldü

Xoruzun vurduğu kişi hadisə yerində öldü
09:37 18 Yanvar 2020
143 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanda xoruz döyüşü insan ölümü ilə nəticələnib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Andhra Pradeş əyalətinin Praqadavaram kəndində baş verib.

Belə ki, döyüşdə rəqibinə daha böyük zərər verməsi üçün ayağına bıçaq bağlanan xoruz hədəf dəyişdirərək insan kütləsinin içinə girib. Bu vaxt azarkeşlər arasında olan 55 yaşlı kişi qarnından yaralanaraq hadisə yerində ölüb.

Qeyd edək ki, Hindistanda xoruz döyüşü qanunla qadağan edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/818972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR